Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən cari il avqustun 16-da saat 11:00-da Ağsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Kürdəmir rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.
Baş Prokurorluqdan SIA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağsu şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB