Neftçalanın siması dəyişir

Neftçalanın siması tamam dəyişir. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, Neftçala geniş miqyaslı tikinti işlərinin həyata keçirilməsi nəticəsində rayonun görkəmi tamamilə dəyişir.

Yeni inşa olunan icra hakimiyyətinin 5 mərtəbəli inzibati binası, 3 mərtəbəli Heydər Əliyev Mərkəz, Kür çayının sahilində əhalinin istirahətini təmin etmək üçün müasir memarlıq üslubunda 4 hektar ərazini əhatə edən yeni bulvar və bayraq meydanı Neftçala rayonu üçün günişmiqyaslı tkinti lahiyələrindəndir. Qeyd olunan hər 3 obyektdə son tamamlanma işləri görülür. Eyni zamanda Heydər Əliyev prospektində hasarlara yeni daş üzlüklər çəkilir, piyada yollarına metlax döşənir. Rayonun mərkəzi küçələri illərdən bəri yığılıb qalan tullantılardan təmizlənir.

Neftçala rayonun Qobu adlanan ərazisində 40 hektar ərazini əhatə edən Axmaz gölündə ekoloiji sağlamlaşdırma işləri həyata keçirilir. Yerli sakinlər Neftçalada son dövürlər görülən abadlıq-quruculuq işlərini "Yeni Neftçala" rayonun yaranması kimi qiymətləndirirlər. Əhali Neftçalada görüləcək işlərin hələ çox olduğunu və bundan sonrada davam etdirilməsini zəruri hesab edirlər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə