Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın mərkəzi küçələrini avtomobillərdən təmizləməyə başlayıb. SİA-nın xəbərinə görə, reydə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xüsusi müşayiət bölüyünün komandiri, polis mayoru Cəmşid Hənifəyev rəhbərlik edib.
C.Hənifəyevin sözlərinə görə, buna səbəb Bakı şəhərinin mərkəzi küçələrində tıxac problemini aradan qaldırmaqdır: "Sürücülərdən xahiş olunur ki, avtomobillərini yeni istifadəyə verilən avto dayanacaqda saxlasınlar. Hələlik sürücülər həm maarifləndirilir, həm də inzibati qaydada cəzalandırılır".
İcazəsiz yerdə avtomobillərini saxlayan sürücülər isə yol polisinin xəbərdarlığından sonra ərazidən uzaqlaşıblar. Bildiriblər ki, şəhərin mərkəzində yenicə istifadəyə verilən yeraltı avtodayanacaq çox müasir, təhlükəsiz və hər bir vətəndaşın cibinə uyğundur.
Qeyd edək ki, dünən Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərində, "Qış Parkı" adlandırılan istirahət parkının altında yeni, müasir tipli yeraltı avtodayanacaq istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB