Sabirabadda təhsil işçiləri heç bir qeyri-qanuni işlərə cəlb olunmur TƏKZİB
Son günlər bəzi kütləvi informasiya vasitələrində Sabirabad Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin təhsil işçilərini məcburi iməciliyə çıxarması barədə tamamilə əsasız, yalan və böhtan dolu məlumatlar yayılıb. SİA-nın verdiyi məlumata görə, guya onlar səhərdən axşamacan gün altında müxtəlif işlərə cəlb olunur, hətta Yastıqobu kənd ümumi orta məktəbinin direktoru Qəfər Şahəliyev gün vurmasından az qala "ölümdən dönüb".
Rayon İcra Hakimiyyətindən bildiriblər ki, KİV-də yer alan bu məlumatlarda irəli sürülən iddialar tamamilə yalan və heç bir fakta əsaslanmayan uydurmalardır. Yastıqobu məktəbinin direktoru Qəfər Şahəliyev də məlumat gedən "Azadlıq" qəzetinə göndərdiyi məktubda onun barəsində yazılanları şərəfsizlik adlandırıb. Heç bir təhsil işçisi deyə bilməz ki, onlardan hər hansı biri qeyri-qanuni işlərə cəlb olunub. Bir aydan çoxdur ki, direktor və müəllimlər yay tətilindədirlər.
Təhsil şöbəsinin müdiri E.Bünyadov isə anasının ağır xəstə olması və üç gün öncə vəfat etməsi səbəbindən 14 gündür ki, gərgin anlar yaşayır. Bu şəraitdə belə uydurma yazıların verilməsinin özü insanlığdan uzaqdır.
Bu müqəddəs ayda böhtana, yalana yer verənlərə ar olsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB