YAP GB Flashmob nümayiş etdirib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin IV Oğuz turunun beşinci günündə Flashmob nümayiş etdirilib. "Gələcəyin Liderləri" bir araya toplaşaraq Yeni Azərbaycan Partiyası (YAP) sözünü əks etdiriblər.

Daha sonra YAP GB fəalları Oğuzda yerləşən "Marxal" istirahət düşərgəsinə yola düşüblər. Təbiət qoynunda gəzən gənclərimiz "Marxal" ın gözəllikləri ilə tanış olublar. Daha sonra "Gələcəyin Liderləri" xatirə şəkili çəkdiriblər.

Günün sonunda isə yay məktəbinin bağlanışı və ən fəal qrupun adı elan olunub. Gənclər də öz növbəsində bu cür tədbirlərin təşkilində önəmli rol oynayan YAP-nın rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Sonda gənclər onlara hədiyyə olunan tortu kəsiblər.

Bağlanış mərasimi əyləncəli şou proqramla davam edib.

MAMED BAĞIROV

Bütün xəbərlər Facebook səhifəmizdə