Azərbaycan Dövlət Aqrar Universitetinə yeni rektor təyin edilib

Azərbaycan Dövlət Aqrar Universitetinə yeni rektor təyin edilib

Prezident İlham Əliyev İbrahim Həsən oğlu Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Cəfərov İbrahim Həsən oğlu 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub.

1974-1976-cı illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olub.

1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutda tələbə olub, Bitki mühafizəsi fakültəsini bitirib.

1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası Fitopatologiya kafedrasının əyani aspirantı olub.

13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol № 2/1) kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib.

18 yanvar 1989-cu ildə keçmiş SSRİ Aqrar Sənaye Komitəsinin 372 saylı göndərişi ilə AKTİ-nin fitopatologiya və immunitet kafedrasına assistent təyin edilib.

04 iyul 1992-ci ildən dosent əvəzi vəzifəsinə təyin edilib.

13 yanvar 1994-cü ildəAzərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol №10) dosent elmi adı verilib.

1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakül təsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı (protokol №12-R) ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.

17 sentyabr 2007-ci ildən AKTA-nın Elmi Şurasının qərarı (protokol №1) ilə Bitkiçilik və bitki mühafizəsi kafedrasının professor əvəzi vəzifəsində işləyir.

3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir.

2000-ci ildən Gəncə şəhərində əvvəlcə 39, sonra 38 saylı Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyir.

Yeni təyinata qədər ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə