Mərkəzi küçələrdə avtomobillərin parklanması qadağan olundu ŞOK XƏBƏR!

Qanuna əməl etməyənlər yüksək məbləğdə cərimə olunacaqlar
Mərkəzi küçələrdə avtomobillərin parklanması qadağan olundu ŞOK XƏBƏR!

Bu gündən paytaxtın mərkəzi küçələrində avtomobillərin parklanmasına, dayanmasına qadağa qoyuldu. SİA-nın Bakı Şəhər İcra Hakimiyyətindən aldığı məlumatda deyilir ki, Heydər Əliyev Sarayı ilə Füzuli meydanı arasında salınmış mərkəzi istirahət parkının alt hissəsində 4500 yerlik müasir tipli yeni avtoparkın istifadəyə verilməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Bakı şəhərində yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması, qanunsuz dayanma və parklanma sisteminin tənzimlənməsi məqsədilə Neftçilər, G.Səfərəliyeva, N.Nərimanov, İstiqlaliyyət, Gənclər meydanı (Qoşa Qala Qapısı), Əziz Əliyev, Azərbaycan, Ə.Cavad, Bül-bül, R.Behbudov, Füzuli, Azadlıq, 28 may, Səməd Vurğun, Xaqani, Nizami, Ş.Bədəlbəyli, M.A.Əliyev, Ş.Qurbanov, C.Cabbarlı, Z.Əhmədbəyov (Nizami metro st.-nın qarşısı) küçələrini əhatə edən hissədə avtomobillərin parklanması və dayanması qadağan olunub".

Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamında o da bildirilir ki, şəhərin mərkəzi hissəsində müvafiq icazə olmadan hüquqi və fiziki şəxslər tərəfindən qanunsuz avtomobil dayanacağına çevrilərək qanunsuz gəlir əldə edən şəxslər haqqında inzibati tədbirlərin görülməsi və bu hissədə qanunsuz parklanma hallarının qarşısının alınması Bakı Şəhər Baş Polis İdarəsinə həvalə olunub.

Bakı Şəhər İcra Hakimiyyəti avtomobil sahiblərindən xahiş edir ki, şəhərin mərkəzi hissəsində yaranmış sıxlığın qarşısını almaq və istifadələrində olan nəqliyyat vasitələrinin təhlükəsizliyi məqsədilə inşa edilmiş müasir standartlara cavab verən parkinqlərdən istifadə etsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə