AMEA-nın yeni loqotipi yaradılıb FOTO

AMEA-nın yeni loqotipi yaradılıb FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının loqotipi yaradılıb. SİA-nın məlumatına görə, AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən akademiyanın rəsmi loqotipi təsdiq edilib. Loqotip istənilən idarə və müəssisənin, şirkətin tanınmasında mühüm rol oynayan vasitələrdən biridir.

Akademiyanın loqotipi dairəvi formadadır. Tünd qırmızı rəng çalarında olan loqoda Azərbaycan Milli Elmlər Akademiyasının adı 2 dildə - Azərbaycan və ingilis dillərində dairəvi formada yazılıb, dairənin mərkəzində isə AMEA-nın əsas binasının qrafik təsviri əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə