Ramil Usubov vətəndaşlarla görüşəcək

Ramil Usubov vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov ölkənin şimal bölgəsində vətəndaşları qəbul edəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş cari ilin avqust ayının 24-də Quba şəhərində keçiriləcək. Qəbulda Quba, Xaçmaz, Qusar Siyəzən, Şabrav və Xızı rayonlarının sakinləri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə