Ağsu RİH: Yol tikintisi ilə bağlı yazılanlar qərəzlidir TƏKZİB

Ağsu RİH: Yol tikintisi ilə bağlı yazılanlar qərəzlidir TƏKZİB

Bəzi kütləvi informasiya vasitələrində Ağsu rayon sakini Səmədov İltifat tərəfindən verilmiş məlumata əsasən Ağsu-Çaparlı-Çöl Göylər avtomobil yolunda ölkə başçısının sərəncamı ilə ayrılmış vəsait hesabına "Körpü-Bina-Tikinti" MMC tərəfindən aparılan əsaslı təmir işlərinin bərbad vəziyyətdə olduğu bildirilir.

Məsələ ilə bağlı Ağsu Rayon İcra hakimiyyətindən verilən məlumatda bildirilir ki, adı çəkilən yolun əsaslı təmir işlərinə 2012-ci ilin əvvəllərində təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun olaraq başlanılmışdır. Keçən müddət ərzində ümumi uzunluğu 25,6 km olan yolda layihə əsasında 3 yerdə yeni körpü salınmış, 24 yerdə nəzərdə tutulmasına baxmayaraq 34 yerdə su ötürücü tikilmişdir. Yola asfalt vurulması üçün layihədə nəzərdə tutulduğu tikinti normalarına uyğun hazırlıq vəziyyətinə gətirilərək birinci üz qat asfalt vurulub başa çatdırılmışdır. Hazırda ikinci qat asfalt örtüyünün vurulmasına başlanılmış və keyfiyyətli qaydada davam etdirilir.

İcra Hakimiyyətindən bir daha bildirilib ki, Ağsu-Çaparlı-Çöl Göylər yolundan istifadə edən kəndlərin əhalisi aparılan təmir-tikinti işlərini alqışlayır və bu layihələrin nəticə etibarı ilə onların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə həyata keçirildiyini qeyd edirlər.

Məlumatda göstərilən "faktlar" böhtan və qərəzçilik məqsədi daşıyır və rayon ərazisində Səmədov İltifat adlı şəxs yaşamır.

Bütün xəbərlər Facebook səhifəmizdə