"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin təşkilatçılığı ilə "Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək"adlı layihənin nəticələri və yekunlarına hsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri Tahir Xudiyev bildirib ki, layihənin həyata keçirilməsində məqsəd cəzaçəkmə müəssisələrində cəzaçəkən müharibə, şəhid ailəsi və ümumi səbəbdən əlil olmuş məhbusların həmçinin onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı, əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir: "Əlil məhbusların cəmiyyətlə sosial əlaqələrinin möhkəmlndirilməsi cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradır. Ümidvaram ki, bu layihənin həyata keçirilməsindən sonra əlil məhbusların ailə üzvlərinin sosial problemlərinin həllinə dəstək artacaq, dövlətin bu sahədə qəbul etdiyi qanunlar və qərarlar yerində layiqincə icra ediləcək".
Daha sonra, ATƏT-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Cabir Əliyev, Pentensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıxov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Fərid Əbilov və digər iştirakçılar layihənin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, layihə ehtiyacı olan insanların cəmiyyətə adaptasiyasında xüsusi rol oynayacaq, onların yenidən cəmiyyətə qaytarılmasına yardım edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB