Gənc hərbiçilər Heydər Əliyev Mərkəzində olub

Gənc hərbiçilər Heydər Əliyev Mərkəzində olub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, "Gənclərin Töhvəsi" İctimai Birliyi və "Təxlis Olunmuş Hərbiçiləri Maarifləndirmə" İctimai Birliyi tərəfindən təşkil olunmuş "Gənclər Ali Baş komandanın əmrinə hər an hazırdır" hərbi vətənpərvərlik düşərgəsinin ikinci günündə gənclər Şamaxı rayonunda yerləşən Heydər Əliyev Parkını ziyarət edib, Ulu Öndərin abidəsi önünüə tər güllər düzüb. SİA-nın xəbərinə görə, rayonun Heydər Əliyev Mərkəzini ziyarət edən gənclərə Ümummilli Liderin keçdiyi həyat yoluna dair məlumatlar verilib. Ziyarətdən sonra düşərgə iştirakçıları Şamaxının Diyarşünaslıq müzeyində qədim tarixə malik Cümə Məscidində və görkəmli şair Mirzə Ələkbər Sabirin ev müzeyində olublar.

Günün ikinci yarısında gənclər rayonun gənclər və idman baş idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə nümayəndəsi İsmayıl Qəhrəmanov və rayonda yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının "n" saylı hərbi hissəsinin zabiti Vüqar Quliyevlə görüş keçiriblər. Görüş çərçivəsində Şahmar Hüseynov çıxış edərək Azərbaycan ordusu barədə gənclərə məlumat verib. O bildirib ki, ordu yaranana gündən bu günə qədər Azərbaycan hərbi sahədə çox böyük uğurlar əldə edib: "Qafqazın ən güclü ordusu günü-gündən inkişaf edir. Hər bir sahədə düşməndən dəfələrlə üstün olan Azərbaycan ordusunun fəaliyyəti özünü aydın şəkildə göstərir. Əlbətdə ki, bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir".

Azərbaycan ordusu barədə gənclərə məlumat verən İsmayıl Qəhrəmanov deyib ki, hazırda ölkənin hərbi sahəsinin inkişafı üçün dövlət tərəfindən xüsusi diqqət göstərilir. Bu diqqət və qayğı nəticəsində ordunun maddi hərbi bazası yüksək səviyyədə təmin olunub, hərbiçilərin maddi vəziyyəti yaxşılaşdırılıb.

Vüqar Quliyev isə gənclərə hərbi hissədə xidmət göstərən əsgər və zabit heyyətinin həyat şəraiti ilə bağlı məlumat verib. Xidmət etdiyi hərbi hissənin son dərəcə müasir avadanlıqlarla təhciz olunduğunu, bu şəraitin əsgər və zabit heyyəti tərəfindən yüksək səviyyədə qiymətləndirildirini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə