“Xətdə” Sosial Şəbəkə Akademiyasının hesabat konfransı keçirilib

“Xətdə” Sosial Şəbəkə Akademiyasının hesabat konfransı keçirilib

Bu gün Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "Xətdə" Sosial Şəbəkə Akademiyasının hesabat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransa dövlət rəsmləri, üzv təşkilatların və kütləvi informasiya vasitələrindən nümayəndələr iştirak ediblər.

ARGTMŞ sədri Şahin Seyidzadə bildirib ki, konfransda layihənin Respublikanın 8 iqtisadi rayonuna daxil olan 24 şəhərin 1050 nəfər gəncin iştirakı ilə 38 təlimin keçirildiyi, layihənin və nəticəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Layihə nəticəsində Azərbaycanda "Facebook", "Twitter", "Yotube, Bloq mövzuları üzrə 4 nəfərdən ibarət olan ekspert komandası formalaşıb, sosial şəbəkələrlə bağlı Azərbaycan dilində təlim-tədris modulu yaradılıb. 16 multiplayer təlimləndirilib. Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində "Facebook" və "Twitter sosial şəbəkələri üzrə 8 video təlim çarxları yaradılıb və 1000-dən çox gənc Sosial Şəbəkələrdən düzgün istifadə qaydaları öyrənib.

Konfransda dövlət rəsmlərinin çıxışları olub. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, layihənin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, bu gün digər sahələrdə olduğu kimi, dövlətin gənclər siyasəti də uğurla davam edir. Hər zaman bu iş dövlətimiz tərəfindən davam etdirəcək və gənclərimiz arasında situmul yaradacaq. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tədbirin əhəmiyyətindən danışaraq gənclərə uğurlar arzulayıblar.

Qeyd edək ki, təlimlərdən videolar, hesabat video-çarxı göstərilib və ən fəal multiplayerlər mükafatlandırılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elean edilib. Bunu nəzərə alaraq Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2013-cü ilin yanvar ayında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Xətdə" Sosial Şəbəkə Akademiyası layihəsinə start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə