YAP GB-nin üzvləri seçki ilə bağlı şüarlarını təqdim ediblər

YAP GB-nin üzvləri seçki ilə bağlı şüarlarını təqdim ediblər

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin IV Oğuz turunun dördüncü günündə 2013-cü il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı komandalar seçkilərə dəstək olacaq seçki şüarları və YAP GB-nin maketdən evini düzəldərək münsiflər heyətinə təqdim ediblər. "Gənc Liderlər"in hazırladığı "Mənim uğurum sizin gücünüzdür!", "İlhamlı xalqla, inamlı gələcəyə!", "Düzgün seçim, yüksək rifah!", "Gələcəyimizin qarantı birliyimizdədir!", "Mənim uğurun xalqın gücüdür!" şüarları diqqət cəlb edib.

"İlhamla sabaha" komandası isə öz növbəsində hazırladığı "And içdiyim üçrəngli bayraqdır, məqsədim Azad Qarabağdır", "Siyasətim Ulu Öndər yoludur, yaratdığım inkişafın qoludur", "İlhamlı sabaha, sabahımız Qarabağda!", "Gələcəyimizi birgə quraq!", "Güclü liderlə yüksək rifaha!", "Silahım xalqın inamıdır" şüarı isə münsiflərin marağına səbəb olub.

Ən sonunda isə "İnamlı gələcək" komandası "Gələcəyini düşün, səs ver!", "Xalqın İlhamı, xalqın inamı!", "Uğurlu gələcək, Yeni Azərbaycanla gələcək!", "Bu günün uğuru, xoşbəxt gələcəyə doğru!", "Liderə inanaq, Qarabağa qayıdaq", "Mən İlham Əliyevə özüm qədər inanıram" şüarlarını münsiflər heyətinə təqdim ediblər.

Münsiflər heyətinin qərarına əsasən "İnamlı gələcək" komandasının irəli sürdüyü şüəarlar təqdirəlayiq hesab olunub və komanda qalib elan olunub.

Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə