Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin IV Oğuz turunun dördüncü günündə İKT və Regionlarda turizmin inkişafı (komandaların Azərbaycan regionlarını tanıtımı) ilə bağlı seminar keçirilib. SİA-nın xəbərinə görə, seminar zamanı bildirilib ki, İnformasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib: "Onların təsir dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edib. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. İnternetdən istifadə edənlərin sayı çoxluq təşkil edir. Eyni zamanda, dünyanın müxtəlif yerlərindən fərqli insanların "Facebook", "Twitter"lə bir-biriləri ilə ünsiyyət qurduqları sosial şəbəkələrə də maraq artmaqdadır. Lakin hər kəs sosial şəbəkədən düzgün və məqsədyönlü istifadə etməlidir. YAP GB-nin fəallıq göstərdiyi "Facebook"dakı "Qələbə" qrupu da biz gənclərin müxtəlif mövzuda diskusiyalar etməyimiz üçün yaradılıb.
Daha sonra Regionlarda turizmin inkişafı ilə bağlı söhbət açılıb. Bildirilib ki, hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib: "Ümumiyyətlə, turizm xidmətin xüsusi bir sahəsi olmaqla, insanların beynəlxalq hərəkəti və yaxud səyahəti ilə bağlıdır və bu sahənin inkişafı geniş vüsət alıb.
Bu bir həqiqətdir ki, müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib. Ölkəmizdə bu əlaqələrin bir qolu olan beynəlxalq turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər görülüb. Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. 1999-cu ildə Ulu öndərin müvafiq Fərmanı əsasında qəbul edilmiş "Turizm haqqında" Qanun və 2002-ci ildə həyata vəsiqə almış "2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı" sonrakı dövrlərdə ölkəmizdə turizm sektorunun inkişafına təkan verdi".
Qeyd etmək yerinə düşər ki, Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər açır."
Daha sonra gənclərə 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ətraflı məlumat verilib, seçkilərə dəstək olacaq şüarlarla bağlı komanda işi keçirilib. Günün sonunda komandaların hər biri beş şüar təqdim edəcək. Bununla yanaşı, komandalara YAP GB-nin maketdən evinin düzəldilməsi tapşırılıb.
MAMED BAĞIROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB