Emin Ağalarov: "Konsertdən toplanan vəsait İmrangilə çatdırılıb" FOTO
Rusiyada yaşayan azərbaycanlı biznesmen və məşhur müğənni Emin Ağalarov "İnstagram"da Nabrandakı faciədə ayağını itirən İmran barədə təəssüratlarını yazıb. SİA-nın məlumatına görə, Eminin fikirləri belədir: "Dostlar, ilk növbədə İmrana sağlamlıq, valideynləri və yaxınlarına isə belə dərdə dözməkləri üçün güc arzulayıram. Vurğulamaq istərdim ki, bu faciəyə reaksiya verən təkcə mən olmadım. Bu hadisə barədə bu gün səhər İnstagramda öyrəndim. İmranın xalası ilə əlaqə saxladım və lazım olan vəsaitin yarısının artıq həmvətənlərimiz tərəfindən toplandığını öyrəndim. İyulun 11-də Bakıda verdiyim xeyriyyə konsertindən toplanan vəsait isə bu gün təcili şəkildə onlara çatdırılıb. Lakin mənə məlum oldu ki, dövlət digər təşkilatı məsələlərin həllini artıq öz üzərinə götürüb. Bir daha qeyd edirəm ki, bu, bizim ümumi köməyimizdir və biz hamımız ümid edirik ki, toplanan vəsait körpəyə həqiqətən də kömək edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB