Azərbaycanda temperatur enir

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamasında bildirib ki, iyulun 25-də havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 29-35 dərəcə isti olacaq.

Onun sözlərinə görə, ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə