"Gələcəyin Liderləri”nin növbəti mühazirəsi

"Gələcəyin Liderləri”nin növbəti mühazirəsi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"-nin IV Oğuz turunun dördüncü günündə Milli məclisin deputatı İlham Məmmədov "Dövlət gənclər siyasəti – gənclər üçün dövlət proqramları" mövzusunda mühazirə keçib. SİA-nın xəbərinə görə, mühazirə zamanı millət vəkili bildirib ki, Azərbaycan gənclərinin potensialının üzə çıxarılmasında YAP-ın təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin çox böyük əhəmiyyəti var: "Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Gənclər güclü aktiv və avanqard qüvvə kimi ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütünları deməkdir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib".

Mühazirə bitdikdən sonra mövzuyla bağlı seminar təşkil olunub. Seminar gənclər üçün çox səmərəli keçib. Daha sonra gənclərin təklifləri ətrafında müzakirələr aparılıb.

Sonda millət vəkili İlham Məmmədov dövlət gənclər siyasətinin strategiyası, həyata keçirilmə forması, effektivliyi haqqında gənclərə ətraflı məlumat verib.

MAMED BAĞIROV

Bütün xəbərlər Facebook səhifəmizdə