Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun iclası keçirilib.
SİA-nın məlumatına görə, iclasda "Qloballaşma dövrünün tələblərinə uyğun olaraq AMEA Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi", "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi çərçivəsində özəl televiziyaların monitorinqinin nəticələri və digər məsələlər müzakirə olunub.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB