Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində ATGTİ-nin ilk dəfə onlayn olaraq reallaşdırdığı tələbələrarası "I Tərcümə festivalı" layihəsinin təltifetmə mərasimi baş tutacaq.
SİA-ya verilən məlumata görə, layihə 2 mərhələdən ibarət idi və hər iki mərhələ "tercumefestivali.com" saytı vasitəsi ilə onlayn həyata keçirilib.
Qeyd edək ki, "I Tərcümə festivalı" layihəsinin ilk mərhələsi 9 iyun 2013-cü il tarixində keçirilib və ilk mərhələdə müxtəlif ixtisaslarda təhsil alan 580-ə yaxın tələbə iştirak edib. Birinci mәrhәlәdә iştirakçılar münsiflәr tәrәfindәn hazırlanmış mәtn parçasını ingilis dilindәn Azәrbaycan dilinә tәrcümә etməklə öz ingilis-dili biliklərini nümayiş etdiriblər. Həmin mәrhәlәdә uğur qazanmış 57 tәlәbә növbәti - sinxron tәrcümә mәrhәlәsindә iştirak hüququ qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB