Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin IV Oğuz turunun üçüncü gününü ikinci yarısında gənc siyasətçilərin hazırladıqları layihələrin qalibi müəyyən olunub. SİA-nın xəbərinə görə, ilk olaraq "Gənc liderlər" komandası region gənclərinin ictimai fəallığının artırılması və Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi layihəsini təqdim edib. "İlhamla sabaha" komandası isə Ekoloji mühitin mühafizəsi və yaxşılaşdırılması layihəsini irəli sürüb.
"İnamlı gələcək" komandası öz növbəsində asudə vaxtın səmərəli təşkili (ixtisaslaşmış yay düşərgələri, yay məktəbləri, gənclərin peşə bacarıqlarının artırılması və s.) və gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi layihəsini YAP GB-nin mərkəzi ofisin nümayəndələrinə təqdim ediblər.
Hər üç komandanın layihələrinin önəmli və əhəmiyyətli olduğunu diqqətə çatdıran Milli məclisin deputatı İlham Məmmədov bildirib ki, hər üç təmsilçinin irəli sürdüyü layihə çox önəmli və əhəmiyyətlidir, lakin son qərarı münsiflər heyəti verəcək.
Münsiflər heyətinin qərarına əsasən "İnamlı gələcək" komandasının irəli sürdüyü layihə qalib elan olunub.
MAMED BAĞIROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB