"Gələcəyin Liderləri” intellektual oyunda öz qüvvələrini sınayıblar

"Gələcəyin Liderləri” intellektual oyunda öz qüvvələrini sınayıblar

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin IV Oğuz turunun üçüncü günündə "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Oyunda komandalar müvafiq olaraq üç qrup üzrə "İlhamla sabaha", "Gənc Liderlər", "İnamlı gələcək" adı altında mübarizə aparıblar. Komandalar məsul şəxslərin vedriyi suallara düzgün və zamanında cavab verərək öz aktivlərinə xal yazdıra biliblər. Lakin "İlhamla sabaha" komandasının üzvləri digər komandalara nisbətən daha fəal oyun sərgiləyərək oyunun qalibi adını qazanmağa müvəffəq olublar.

MAMED BAĞIROV

Bütün xəbərlər Facebook səhifəmizdə