İyulun 23-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iclasda 2013-cü ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edilib.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının giriş və yekun nitqlərindən irəli gələn mühüm məsələlərdən danışıb.
T.Qaraşov bildirib ki, 2013-cü ilin ilk yarısı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatıb. Birinci yarımildə sosial-iqtisadi həyatın bütün sahələrində rəvan inkişaf davam edib, nəzərdə tutulan proqram və layihələrin təqvim planına tam uyğun icrası təmin edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində bu dövrdə makro-iqtisadi vəziyyət sabit olmuş, ümumi daxili məhsul istehsalı 5 faiz artıb.
İcra başçısı həmçinin ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi sahələrində qazanılmış uğurlardan danışıb, həlli vacib məsələləri bir daha diqqətə çatdırıb.
Sonra məruzə üçün söz ŞİH başçısının müаvini – Sosial-iqtisadi inkişаfın тəhlili və prоqnоzlаşdırılmаsı şöbəsinin müdiri İlkin Rəhimоvа verilib. Məruzəçi 2013-cü ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış edib.
İlkin Rəhimоv bildirib ki, ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərmiş və rayonda bütün sahələr üzrə artım əldə olunub.
Məruzə ətrafında şəhər Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbov, Lənkəran Qaz-İstismar Sahəsinin rəisi Ceyhun Axundov, Lənkəran Bölgə Təcrübə stansiyasının direktoru Həzər Hüseynov və Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
Şura iclasını ŞİH-nin başçısı Taleh Qaraşov yekunlaşdıraraq növbəti yarım ildə qarşıda duran vəzifələri uğurla icra etməkdən və mövcud problem və nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verib.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB