Bu güm Binəqədi Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edib.
Tədbir iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) yaradılmış 1646 – Sakinlərin Müraciət Xidməti ilə tanış olmuş və rayonda son bir ildə abadlıq-quruculuq, sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilmiş işlər və elektron hökumətin tətbiqindən bəhs edən filmə baxıb.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında mətbuatın cəmiyyətin inkişafında rolundan danışıb, cəmiyyətin tərəqqisində hadisələri obyektiv işıqlandıran KİV nümayəndələrinin də rolunun olduğunu bildirib.
Daha sonra çıxış edən Ə.Amaşov, V.Səfərli və V.Rəhimzadə mətbuata dövlət qayğısından, Binəqədi rayonunda son bir ildə reallaşdırılan abadlıq-quruculuq işlərindən danışaraq bu işləri bir örnək kimi qeyd ediblər.
Tədbirin gedişində "Binəqədi" qəzetinin təşkilatçılığı ilə "Binəqədinin dostları" Mətbuat Klubu təsis olunub.
Tədbirin sonunda bir müddət əvvəl mətbuat nümayəndələri üçün elan olunmuş "Binəqədi rayonu mətbuatın gözü ilə" yazı müsabiqəsinin qalibləri təltif edilmiş, digər iştirakçılara isə həvəsləndirici mükafatlar və hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB