Ölkəmizin müasir inkişafının ən mühüm mərhələləri olan Ulu Öndərin 1969-1982-ci və müstəqillik illərində respublikaya rəhbərlik etdiyi dövrdəki fəaliyyətinin öyrənilməsi və təbliği gənc nəslin maariflənməsi, layiqli vətəndaş kimi yetişməsi böyük əhəmiyyətə malikdir. SİA-ya verilən məlumata görə, bunu nəzərə alan Binəqədi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Ulu Öndərin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərindən ibarət portretləri metronun "Azadlıq prospekti" stansiyasında divar boyunca yerləşdirilib.
Hər bir portretin altında Ümummilli Liderin müxtəlif dövrlərdə gənclərə xitabən söylədiyi nəsihətamiz fikirlərdən sitatlar da əks olunub. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edən və Heydər Əliyevin zəngin həyat təcrübəsindən qaynaqlanan nəsihətlərlə birlikdə hazırlanmış portretlər hər gün böyük izdihamın yaşandığı metrostansiyada vətəndaşlar tərəfindən xüsusi maraqla qarşılanmaqdadır.
Qeyd edək ki, aksiya hazırda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB