Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, "Gənclərin Töhvəsi" İctimai Birliyi və "Təxlis Olunmuş Hərbiçiləri Maarifləndirmə" İctimai Birliyi tərəfindən təşkil olunmuş "Gənclər Ali Baş komandanın əmrinə hər an hazırdır" hərbi vətənpərvərlik düşərgəsi öz işinə start verib. SİA-nın xəbərinə görə, düşərgənin təşkil olunmasında əsas məqsəd hərbi xidmətdə olmayan gənclərə ilkin hərbi biliklərin aşılanması və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Düşərgənin ilk günü Şamaxı rayon gənclər və idman baş iradəsinin rəisi Şahmar Hüseynovla gənclər arasında görüş keçirilib. Görüş çərçivəsində gənclərə rayonda gənclər və idman sahəsində görülən işlər barədə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonra "Dövlət Gənclər Siyasəti" adlı film izlənildikdən sonra düşərgədə iştirak edən gənclər qruplara bölünərək eyniadlı mövzu ətrafında müzakirələr aparıblar. Diskusiyalarla davam edən təlimdə gənclər çıxış edərək bildiriblər ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Daha sonra düşərgə iştirakçıları müxtəlif intellektual oyunlar oynayıblar.
Qeyd edək ki, düşərgə 5 gün davam edəcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB