Millət vəkili "Medianın dostu" mükafatına layiq görülüb

Millət vəkili "Medianın dostu" mükafatına layiq görülüb

Millət vəkili Qənirə Paşayeva Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi tərəfindən "Medianın dostu" mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, "Medianın dostu" mükafatına layiq görüldüyü üçün minnətdarlığını ifadə edən millət vəkili Qənirə Paşayeva bütün jurnalist həmkarlarını 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edib, şərəfli sənət yolunda müvəffəqiyyətlər arzulayıb. Milli Mətbuatımızın keçdiyi şərəfli yoldan danışan millət vəkili Qənirə Paşayeva, başda Həsən bəy Zərdabi olmaqla milli mətbuatımızın əsasını qoyub, onun inkişafında xidmətləri olan hər bir aydınımızı rəhmətlə andığını bildirib. O, özünə və bütün həmkarlarına ən böyük arzularının qısa zamanda reallaşmasını diləyib: "İnşallah, bu cür mükafatlandırma mərasimlərini Ali Baş Komandanın rəhbərliyi altında bir millət olaraq işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xocalıda və bütün o gözəl torpaqlarımızda keçirəcəyik. Mən inanıram ki, o gün uzaqda deyil, bütün jurnalist həmkarlarıma o böyük günü görməyi və o barədə yazmağı arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə