"Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində güclənəcək". SİA-ya açıqlamsında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, iyulun 24-də paytaxtda havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.
Baş hidroloqun sözlərinə görə, Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır: "Lakin axşam və gecə şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB