Lənkəranda Milli Mətbuat günü qeyd edilib

Lənkəranda Milli Mətbuat günü qeyd edilib

22 iyul Milli Mətbuat günü münasibətilə Lənkəranda da tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşü ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli açaraq, jurnalistləri İcra başçısı Taleh Qaraşovun adından təbrik etdərək onlara gələcək fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayıb.

Sonra V.Nəsirli Milli Mətbuatımızın 138 illik tarixinə qısa ekskurs edib, Ümummilli Lider Heydər Əliyevin kütləvi informasiya vasitələrinə verdiyi qiymətdən, jurnalistlərə göstərdiyi diqqət və qayğıdan söhbət açıb, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin KİV nümayəndələrinə göstərdiyi dövlət qayğısından danışıb, mətbuat işçilərinin ictimai-siyasi həyatımızda mühüm rol oynadığını xüsusi vurğulayıb.

Tədbirdə "Lənkəran", "Aşkarlıq", "Respublika", "Olaylar" qəzetlərinin, "Şəfəq", "Yaşıl çay", "Söz" jurnallarının və sair nəşrlərin müxbirləri iştirak ediblər. Çıxış edən jurnalistlər müasir medianın tələblərindən irəli gələn vəzifələrdən danışaraq bugünkü qəbula görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda görüşdə iştirak edən jurnalistlərin hər birinə ŞİH-nin Fəxri fərmanları və pul mükafatları təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə