2013-cü il Dağlıq Qarabağ münaqişəsinin həllində itirilmiş ildir

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Cənubi Qafqaz regionunda qeyri-sabitliyin əsas mənbəyidir
2013-cü il Dağlıq Qarabağ münaqişəsinin həllində itirilmiş ildir

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Humanitar Tədqiqatlar Cəmiyyəti (HTC) "Dağlıq Qarabğ münaqişəsi tərəflərinin real imkanları və danışıqlar prosesi ilə bağlı məsələlər" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən HTC sədri Əvəz Qurbanlı münaqişənin həllinə dair vasitəçilik prinsipinin 1992-ci ilin fevral ayında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlanıldığını, lakin hələ də problemin həll olunmadığını bildirib. Onun sözlərinə görə, davam edən vasitəçilik səylərinin heç bir nəticə verməməsinə baxmayaraq, Azərbaycan tərəfinin məqsədi münaqişənin sülh yolu ilə konstruktiv həllinə nail olmaq, işğal olunmuş əraziləri azad etmək, məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, regionda sabitliyi və stabilliyi bərqərar etməkdir: "Azərbaycan hökuməti inanır ki, hər hansısa bir statusun müəyyən edilməsi prosesi bölgənin bütün əhalisinin, o cümlədən erməni və azərbaycanlı icmaların birbaşa, tam və bərabər iştirakı ilə normal sülh və onların Azərbaycan hökuməti ilə hüquqi və demokratik proseslər çərçivəsində konstruktiv qarşılıqlı əlaqəsi şəraitində baş tutmalıdır. Münaqişə tərəflərinin Dağlıq Qarabağın Azərbaycan daxilində özünüidarə statusunun müzakirələrinə başlaması mərhələsinə çatması üçün bir sıra mühüm addımlar atmalıdır".

Daha sonra tədbirdə çıxış edən digər iştirakçılar da bildiriblər ki, münaqişənin tezliklə həlli üçün konkret perspektivin olmaması və "nə sülh, nə də müharibə" vəziyyətinin davam etməsi, Azərbaycanın demokratik təhlükəsizliyi, müstəqilliyi və inkişafına daimi və birbaşa təhdiddir. Bu eyni zamanda bütün Cənubi Qafqaz regionunda qeyri-sabitliyin əsas mənbəyidir.

Dəyirmi masa iştirakçıların diskussiyasi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə