Təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır

Təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 24-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Yevgeniy Şarov keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə