"Gələcəyin Liderləri” “Seçkidə” praktik oyununa yekun vurulub

"Gələcəyin Liderləri” “Seçkidə” praktik oyununa yekun vurulub

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin IV Oğuz turunun ikinci günündə gənc siyasətçilər "Seçkidə" praktiki oyununa yekun vurulub. Gərgin mübarizə şəraitində keçirilən oyunda gənclər qruplar üzrə fərdi istedadlarını nümayiş etdiriblər. İlk olaraq "İlhamla sabaha" komandası öz fərdi istedadlarını nümayiş etdirərək "Novruz" bayramının gözəlliklərini və adətənənələrini gənclərin diqqətinə çatdırıblar. Daha sonra "Gənc Liderlər" ulu öndər Heydər Əliyevin həyat yolundan hazırladıqları sənədli filmi slayd vasitəsi ilə nümayiş etdiriblər. "İnamlı gələcək" komandası da Prezident İlham Əliyevin Azərbaycan dövlətinin inkişafında yürütdüyü uğurlu siyasəti və qazandığı nəaliyyətləri fotoslaydlar vasitəsi ilə gənclərin diqqətinə çatdırıblar. Üç komandanın da göstərdiyi yüksək performans məsul şəxslər tərəfindən diqqətlə izlənildikdən sonra yekun qərar verilib və nəticədə "Gənc Liderlər" günün qalibi elan olunub.

MAMED BAĞIROV

Bütün xəbərlər Facebook səhifəmizdə