Bu gün hava dəyişkən buludu olacağı, yağmursuz keçəcək, 38 dərəcə isti olacaq

Bu gün hava dəyişkən buludu olacağı, yağmursuz keçəcək, 38 dərəcə isti olacaq

Bu gün hava dəyişkən buludu olacağı, yağmursuz keçəcək, 38 dərəcə isti olacaq. Bu barədə SİA məlumat verib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaq.

Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 27-28° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.

Temperaturun gecə 18-23°, gündüz 33-38° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.

Temperaturun gecə 19-24°, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 16-21, gündüz 30-34° isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.

Temperatur gecə 19-24°, gündüz 32-37° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

QEYD: Yaxın 3 gündə Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi, eyni zamanda arabir güclənən xəzri küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə