"Gələcəyin Liderləri” “Oğuz” futbolçuları üzərində inamlı qələbə qazanıblar
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin IV Oğuz turunun ikinci günündə gənclərimiz möhtəşəm qələbə ilə yadda qalıblar. "Oğuz" futbolçularına qaşı inamlı mübarizə aparan "Gələcəyin Liderləri" ilk hissədə rəqibin qapısından iki top keçirməyə müvəffəq olublar. Oyunun ikinci yarısının ilk dəqiqələrində də inamlı futbol sərgiləyən gənclərimiz rəqibin qapısından daha bir top keçiriblər. Oyunun sonlarına yaxın "Gələcəyin Liderləri"nin arxayınlaşmasından istifadə edən "Oğuz" gəncləri iki top vurmağa müvəffəq olublar. Qalan dəqiqələrdə tərəflər fərqlənə bilməyib və nəticədə YAP gəncləri 3-2 hesabi ilə qələb qazanıblar.
MAMED BAĞIROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB