Yaxın günlərdə kəskin istilər gözlənilir?

Yaxın günlərdə kəskin istilər gözlənilir?

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamsında bildirib ki, iyulun 23-də paytaxtda gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.

Baş hidroloqun sözlərinə görə , ölkənin rayonlarında hava şəraiti yağmusuz keçəcək, qərb küləyi əsəcək: "Havanın temperaturu aran rayonlarında gecə 19-24, gündüz 32-37 dərəcə, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti təşkil edəcək".

İqlim normasının normadan 1,5 dərəcə yüksək olduğunu deyən Asif Verdiyev bildirib ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi, eyni zamanda arabir güclənən xəzri küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomford hiss yarada bilər.

Rəsmi onu da qeyd edib ki, yaxın günlərdə kəskin istilərin olacağı gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə