Ermənilər ərazilərimizə od vurdu

Ermənilər ərazilərimizə od vurdu

Ermənilər ötən gün axşam saatlarından başlayaraq Ağdamın işğal altında olan ərazilərində yanğın törədib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, alov əsasən işğal altında olan Ağdamın Yusifcanlı kəndi ərazisində müşahidə edilib. Alovun miqyasının gətirdiyi tüstü 10-15 kilometr məsafədən aydın görünüb. Alovu hətta Ağdamın cəbhə xəttində yerləşən yaşayış məntəqələrində müşahidə etmək mümkün olub.

Qeyd edək ki, yanğın səhərə qədər davam edib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə