Sabah 34 dərəcə isti olacaq

"İstirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev belə deyib. O bildirib ki, sabah paytaxtda havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq: "Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Temperatur aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 33-38, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə