Yanlışlıqla əsgər yoldaşını güllələdi

Yanlışlıqla əsgər yoldaşını güllələdi

Azərbaycan Ordusunun əsgəri ehtiyyatsızlıqdan hərbiçi yoldaşını gülləyib. SİA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə baş verib.

Milli Ordunun əsgəri, 1992-ci il təvəllüdlü Anar Bayram oğlu İbrahimov postda olarkən tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun hərbçi yoldaşı, 1994-cü il təvəllüdlü əsgər Şamxal Vüqar oğlu Cəfərova dəyib. Nəticədə Ş. Cəfərov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Müdafiə Nazirliyinin rəis müavini Teymur Abdullayev SİA-ya verdiyi açıqlamada faktı təsdiqləyib. Bildirib ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə