Bu gün hava yağmursuz keçəcək, 37 dərəcəyədək isti olacaq

Bu gün hava yağmursuz keçəcək, 37 dərəcəyədək isti olacaq

Bu gün hava yağmursuz keçəcək, 37 dərəcəyədək isti olacaq. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-24°, gündüz 28-33° isti olacaq.

Bakıda gecə 22-24°, gündüz 31-33° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75 faiz, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 27-28° isti olacaq

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.

Temperaturun gecə 19-24°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.

Temperaturun gecə 19-24°, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 17-22, gündüz 28-33° isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.

Temperatur gecə 19-24°, gündüz 31-36° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 20-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə