Təhsil naziri vətəndaşları qəbul edib

Təhsil naziri vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Yevlax, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşlar iştirak ediblər. Təhsil Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumat görə, qəbulda 100-dən çox vətəndaş iştirak edib. Əsas məsələlər işə götürülmə və iş yerinin dəyişməsi, diplom alınması ilə bağlı çətinliklərin həlli, xaricdə təhsil və məktəb tikintisi ilə bağlı olub. Problemlərin çoxu yerindəcə həll olunub, digərlərin həll olunması üçün müvafiq qurumlara göstərişlər verilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə