“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi tədbir keçirib
Bu gün "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Milli mətbuatımızın yaranmasının 138-ci ildönümü münasibətilə "Milli Mətbuatımız 138 – QHT Media münasibətləri" mövzusunda dəyirmi masa keçirib. Təbbirdə Qeyri Hökumət təşkilatlarının rəhbərləri, Türkiyə universitetlərində oxuyan tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan TUMİB sədri Çingiz Bayramlı mətbuat günü münasibəti ilə jurnalistləri təbrik edib: "Azərbaycan mətbuatı yüksək inkişaf səviyyəsinə çatıb. Bu gün Azərbaycanda 500 - ə qədər qəzetin fəaliyyət göstərməsi ölkəmizdə söz və mətbuat azadlığından xəbər verir. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən jurnalistlərə evlərin verilməsi dövlətin mətbuata böyük diqqətidir".
Daha sonra çıxış edən Xalq qəzetinin əməkdaşı Rauf Əliyev ölkə mətbuatının hazırki vəziyyətindən danışıb: "Azərbaycan mətbuatı inkişaf səviyyəsinə görə dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. İnanıram ki, bu inkişaf gələcəkdə də bütün sürətilə davam edəcək".
Çıxış edən QHT rəhbəri Telman Zeynalov və digərləri ölkəmizdə mətbuatın tutduğu yer və roldan söhbət açıblar.
Tədbirin sonunda TUMİB sədri Çingiz Zeynalov vətəndaş cəmiyyətinə verdiyi dəstəyə görə media nümayəndələrini diplomlarla təltif edib, onlara hədiyyələr verib.
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB