Park Bulvar AVM-dən jurnalistlərə jest!

Park Bulvar AVM-dən jurnalistlərə jest!

Milli Mətbuatın 138-ci ildönümü ərəfəsində Park Bulvar AVM ənənəsinə yenə də sadiq qaldı. SİA-nın məlumatına görə, yerli medianın tanınmış simaları bir araya gələrək boulinq yarışında gərgin mübarizəyə qoşulublar. Yazılı və elektron KİV arasında keçən yarışda komanda hesabına görə televiziya jurnalistlərinin komandası qalib oldu. Lakin ümumi hesabda ən yüksək göstəricini azpress. az xəbər saytının əməkdaşı Rüstəm Fərmanoğlu tutub.

İkinci yerdə Space TV-nin tanınmış siması İdris Cəfərov, 3-cü yerdə isə ATV və 106.3 radiosunun aparıcısı Rüfət Ağayev olub.

Xanım jurnalistlər arasında ən yüksək göstəricini isə sia.az xəbər agentliyinin müxbiri Samirə Abdullayeva göstərib.

Jurnalistlər Nigar Məmmədli, Ümidə Həsənova, Ülkər Qasımova, Feliks Vişnevetskiy, Seymur Zəkəryayev, Səxavət Nur, Hüsniyyə Məhərrəmova, Rufik İsmayılov, Xəyalə Rəis və Elgün Mənsimovun da qatıldığı boulinq oyunu maraqlı anlarla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə