Bu gün Mətbuat Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində KİV nümayəndələri və veteran jurnalistlərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən nazir Fizuli Ələkbərov ilk olaraq bütün media nümayəndələrini təbrik edərək bildirib ki, respublikada KİV-in inkişafına geniş şərait yaradılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Onun sözlərinə görə, Ümummilli lider ölkədə KİV üzərində senzuranın ləğv etməsi, maddi- texniki bazanın gücləndirilməsi məqsədi ilə bir sıra vacib tədbirlərin həyata keçirilməsini təmin edib: "Daim inkişaf edən ölkəmizdə demokratik cəmiyyət quruculuğu istiqamətində möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatların mühüm tərkib hissəsi məhz söz və fikir azadlığının təminatı, mətbuatın inkişafının dövlət tərəfindən davamlı olaraq dəstəklənməsidir. Nazirlik də həmişə öz fəaliyyəti, həyata keçirilən sosial müdafiə tədbirləri barədə ictimaiyyətin geniş məlumatlandırılması, bu tədbirlərdə ictimai nəzarətin artırılması məqsədi ilə KİV-lə mütəmadi əməkdaşlığa xüsusi önəm verir".
Nazir Fizuli Ələkbərov Milli Mətbuat Günü münasibəti ilə bütün jurnalist kollektivinə xoş arzularını çatdırıb. Görüşdə KİV nümayəndələri ürək sözlərini ifadə edərək, həqiqətən də ölkədə azad jurnalistikanın fəaliyyəti üçün geniş imkanlar yaradılmasından, onların dövlət tərəfindən dəstəklənməsindən, həmçinin nazirliyin KİV-lə sıx əməkdaşlığından razılıqlarını ifadə ediblər.
Görüşün sonunda KİV nümayəndələrinə və veteran jurnalistlərə nazirliyin diplomları və mükafatları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB