“Tələbələrarası II Hüquq Olimpiadası”nın bağlanış mərasimi keçirilib YENİLƏNİB

“Tələbələrarası II Hüquq Olimpiadası”nın bağlanış mərasimi keçirilib YENİLƏNİB

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Hüquq" işçi qrupunun Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman Aparatının) dəstəyi ilə Ümumilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi "Tələbələrarası II Hüquq Olimpiadası"nın bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə Ombudsman Aparatının aparat rəhbəri Aydın Səfixanlı, Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elşən Hüseynov, ATGTİ-nin sədri Şahin İsmayılov və digər rəsmi şəxslər iştirak edib.

Mərasimə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Sonra Tələbələrarası Hüquq Olimpiadasının qalibi Elçin Abıyev gənclərin Olimpiadaya marağından söhbət açıb. Diqqətə çatdırılıb ki, bu kimi tədbirlərin təşkili yüksək intellektual gənclərin ortaya çıxmasına əlverişli zəmin yaradır.

Ombudsman Aparatının aparat rəhbəri Aydın Səfixanlının sözlərinə görə, hələ Ümummilli lider Hеydər Əliyеvin sədrliyi аltındа Аzərbаycаn Rеspublikаsının ilk Milli Konstitusiyası qəbul edildi və əsаs Qаnundа İnsаn hüquq və аzаdlıqlаrınа gеniş yеr vеrilmiş, Qаnunun 159 mаddəsindən üçdə biri, bаşqа sözlə dеsək 48-i insаn hüquq və аzаdlıqlаrı məsələsinə həsr оlunmuşdu: "Bununla belə 1998-ci il iyunun 18-də "İnsаn hüquqlаrının müdаfiəsinə dаir Dövlət Prоqrаmı" təsdiq оlundu. 1998-ci ilin fеvrаl аyındа Аzərbаycаn prеzidеnti Hеydər Əliyеv "İnsаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının təmin еdilməsi sаhəsində tədbirlər hаqqındа" fərmаn vеrdi. Hazırda Ulu öndər siyasi kursunu dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. Bu bir daha onu göstərir ki, Azərbaycan gəncliyi hər zaman aktivdir".

Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elşən Hüseynov isə deyib ki, Azərbaycan 1991-ci ildən etibarən yəni, 22 illik müstəqillik dövründə insan hüquqları sahəsində bir çox ölkələrin edə bilmədiklərini edib: "Azərbaycan qısa müddətdə cəmiyyətdə aparılan hüquqi islahatlar sahəsində ümumbəşəri dəyərlərə sadiq olduğunu nümayiş etdirib. Təbii ki, bütün bunlar Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə öz həllini tapıb. Hesab edirəm ki, bu kimi layihələr gənclər arasında daha lazımlı və vacibdir. Azərbaycanda hər bir vətəndaş öz hüquqlarını bilməlidir".

ATGTİ-nın sədri Şahin İsmayılov bildirib ki, Olimpiadanın əsas məqsədi tələbələrin hüquq sahəsinə maraqlarının artırılması, eyni zamanda, onları bu istiqamətdə stimullaşdıraraq, aktiv vətəndaş mövqeyinin gücləndirilməsidir: "Olimpiada iki mərhələdən - yarımfinal və final mərhələlərindən ibarət idi. Yarımfinal mərhələsində iştirak üçün 1000-ə yaxın tələbə müraciət etmişdi. Yarımfinal mərhələsində iştirak etmiş tələbələrdən 147 nəfər final mərhələsində iştirak hüququ qazanıb. Olimpiadaya yalnız gənc hüquqşünaslar yox, həmçinin də digər ixtisaslarda təhsil alan tələbələr də iştirak ediblər".

Mərasimin sonunda isə qaliblər mükafatlandırılıb. 1-ci yerə Bakı Dövlət Universitetinin (BDU) üçüncü kurs tələbəsi Malik Ramazanzadə, 2-ci yerə BDU-nun Hüquq fakültəsinin üçüncü kurs tələbəsi Seyfəlpaşa Əliyev, 3-cü yerə isə BDU-nun tələbəsi Lamiyyə Məmmədova layiq görülüb.

Sonda xatirə şəkili çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə