Çörək sexlərində yoxlamalar aparılır FOTO

Çörək sexlərində yoxlamalar aparılır FOTO

Standartlaşdırma Metorologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Şəmkir rayonunda Yusif Cəfərova məxsus çörək sexində yoxlamalara başlanılıb. SİA-nın Qərb bürosunun verdiyi məlumata görə, reyd zamanı bir daha təsdiq olunub ki, bəzi işbazlar əsas qida mənbəyimiz olan çörək məhsullarını anti-sanitar tələblərdən uzaq bir şəkildə hazır edir. Təzəkənd kəndində aparılan yoxlamalarda məlum olub ki, sanitar normalardan uzaq olmaqla yanaşı, istehsalda istifadə olunan avadanlıqlar da dövlət standartının tələblərindən olduqca uzaq şəkildə hazır edilir. Sözügedən sex həmçinin çamaşırxana kimi də istifadə edilir. Başqa sözlə desək, bir tərəfdə çörək bişirilir, digər tərəfdə isə paltar yuyulur.

Qeyd edək ki, vəziyyətlə bağlı SMPDK-nin 2 saylı Nəzarət İdarəsinin əməkdaşları tərəfindən sexin fəaliyyətinə qadağa qoyulub, sahibkar isə qanuna müvafiq olaraq cərimələnib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə