Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) hər il ənənəvi olaraq təşkil etdiyi iftar proqramı bu il də olduqca maraqlı keçdi. Millətvəkilləri, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin müşavirləri, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı səfiri, Azərbaycan Sahibkarlar Konfederasiyası, bir çox diplomatik qurumların nümayəndələri ilə bərabər Azərbaycanın və Türkiyənin mətbuat nümayəndələri, çox sayıda azərbaycanlı və türkiyəli iş adamları iştirak ediblər.
Quran-i Kərim və azan oxunduqdan sonra başlayan iftar yeməyində çıxış edən TÜSİAB İdarə Heyətinin sədri Murat Bakır, ilk öncə bir müddət əvvəl qəddar cinayət nəticəsində həyatını itirən təşkilatın dəyərli üzvü Mehmet Alım bəyi rəhmətlə anaraq, Kərkükdən Türküstana, Misirdən Myanmara qədər Türk və İslam coğrafiyasında axan qanın dayanması üçün Allahdan mərhəmət diləyib. Daha sonra TÜSİAB -ın quruluş tarixindən qısaca bəhs edərək, yarandığı gündən bəri fəaliyyətlərində əməyi keçənlərə, iftar süfrəsində toplaşan dəyərli qonaqlara təşəkkür edip, qarşıdan gələn Ramazan Bayramınının hər kəs üçün xeyrli olmasını arzulayıb.
Daha sonra çıxış etmək üçün kürsüyə çıxan millətvəkili Qənirə Paşayeva, Ramazan ayının fəzilətlərindən, birlik, bərabərlik və həmrəylikdən söz açaraq, TÜSİAB-a gecənin təşkilinə görə təşəkkür edib.
Gecədə Qənirə Paşayevanın müəllifi olduğu disk və kitabların satışından əldə olunan gəlirlə ehtiyac sahibi olan ailələrə dəstək olunacaq. Həmçinin Türkiyə Respublikasının Azərbaycandakı Din Müşavirliyi tərəfindən peyğəmbərimiz haqqındakı hazırlanmış xüsusi kitab dəsti də qonaqlarımıza hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB