“Tələbələrarası II Hüquq Olimpiadası”nın bağlanış mərasimi keçirilir

“Tələbələrarası II Hüquq Olimpiadası”nın bağlanış mərasimi keçirilir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Hüquq" işçi qrupunun Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman Aparatının) dəstəyi ilə Ümumilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi "Tələbələrarası II Hüquq Olimpiadası"nın bağlanış mərasimi keçirilir. SİA-nın xəbərinə görə, mərasimdə Ombudsman Aparatının aparat rəhbəri Aydın Səfixanlı, ATGTİ-nin sədri Şahin İsmayılov və digər rəsmi şəxslər iştirak edir.

Tədbirdə çıxış edən ATGTİ-nın sədri Şahin İsmayılov bildirib ki, Olimpiadanın əsas məqsədi tələbələrin hüquq sahəsinə maraqlarının artırılması, eyni zamanda, onları bu istiqamətdə stimullaşdıraraq, aktiv vətəndaş mövqeyinin gücləndirilməsidir.

Qeyd edək ki, olimpiada iki mərhələdən - yarımfinal və final mərhələlərindən ibarət idi. Yarımfinal mərhələsində iştirak üçün 1000-ə yaxın tələbə müraciət etmişdi. Yarımfinal mərhələsində iştirak etmiş tələbələrdən 147 nəfər final mərhələsində iştirak hüququ qazanıb. Olimpiadaya yalnız gənc hüquqşünaslar yox, həmçinin də digər ixtisaslarda təhsil alan tələbələr də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə