"Gələcəyin Liderləri” "Heydər Əliyevin Azərbaycançılıq siyasəti"ni öyrənir
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin III Oğuz turunun beşinci günündə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin rəhbərliyi ilə "Heydər Əliyevin Azərbaycançılıq siyasəti" mövzusunda diskussiya aparılıb. SİA-nın verdiyi xəbərə görə, Bəhruz Quliyev diskussiyada çıxış edərək Ümummilli lider Heydər Əliyevinin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının uğurları, bu partiya tərəfindən xalqın rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələr barədə geniş məlumat verib. O bildirib ki, hakim partiya ilk illərdə müxalifət mövqeyindən çıxış etsə də, qısa müddət ərzində xalq tərəfindən dəstəkləndiyi və inam qazandığı üçün iqtidar partiya olaraq fəaliyyətinə davam edib: "Yeni Azərbaycan Partiyası ilk dövrlərdə müxalifət olsa belə, fəaliyyətindən heç bir zaman Azərbaycan xalqına qarşı istifadə etməyib. Bu partiyanın müxalifliyi xalqa qarşı deyil, hazırkı müxalifət partiyalarından fərqli olaraq, yalnız və yalnız hakimiyyət qarşı idi. Elə bu fəaliyyəti ilə də partiyamız hazırkı müxalifətə nümunədir".
Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycanda vətəndaş cəmiyyətinin gender bərabərliyi siyasətinin, gənclər siyasətinin, kütləvi informasiya vasitələrinə və qeyri- hökumət təşkilatlarına dəstək siyasətinin təməlinin qoyulduğunu deyən baş redaktor onu da vurğulayıb ki, hazırda bu ənənə ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir: "Cənab prezident İlham Əliyev 10 illik fəaliyyəti ərzində Ulu Öndərin siyasi kursunu davam etdirərək ölkəsinin sosial, iqtisadi- siyasi inkişafında modern siyasət yürüdüb. Ölkənin silahlı qüvvələri NATO standartlarına cavab verən maddi texniki baza ilə təmin olunub, hərbi qulluqçuların sosial şəraiti yaxşılaşdırılıb".
Hakim partiyanın gəncləri isə bildiriblər ki, Azərbaycan dilinin dövlət dili elan olunması, qanunverici bazanın təşkil olunması, ölkənin rəmzləri olan üçrəngli bayrağın, gerbin və himnin təsdiqlənməsi Ümummilli liderin hakimiyyəti dövründə reallaşıb.
Qeyd edək ki, tədbir iştirakçıların diskussiyası əsasında yekunlaşıb.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB