"Akademiyada direktor vəzifəsi müsabiqə yolu ilə tutulmalıdır"

"Akademiyada direktor vəzifəsi müsabiqə yolu ilə tutulmalıdır"

"Bu günə qədər akademiyada direktor vəzifələrini icra etmək üçün alimlərimiz təyin olunmuşdu. Yaxın günlərdə məsələ ilə bağlı müsabiqə elan olunacaq. Akademiyada direktor vəzifəsi müsabiqə yolu ilə tutulmalıdır. Bu barədə seçkilərin keçirilməsi isə payıza nəzərdə tutulur". SİA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il doktoranturaya qəbul planı dolmayıb: "Bununla bağlı elan verilib. Bu barədə qərar artıq Nazirlər Kabinetinə təqdim olunub. Güman edirəm ki, qərar yaxın vaxtlarda təsdiq olunacaq. Bu il keçiriləcək qəbul da ənənəvi şəkildə payız ayında həyata keçiriləcək. Onu da qeyd etməliyəm ki, ənənəvi olaraq nəzərdə tutulan rəqəm aşağı salınıb.

Akif Əlizadə elmin istehsalatda tətbiqi ilə bağlı da danışıb: "Bizneslə elmin əlaqəsi innovativ olmalıdır. Bunu əlaqələndirə bilsək, uğur əldə edəcəyik. Artıq bununla bağlı – elmin istehsalatda tətbiqinə dair addımlar atırıq. İstəyirik ki, elmimiz biznesə - istehsalata tətbiq edilsin. Bu həm AMEA-ya gəlir gətirəcək, həm də elmin inkişafına təkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə