"Gənc alimlərə ipoteka kreditləri ilə mənzillərin verilməsi gündəmdədir"

"Gənc alimlərə ipoteka kreditləri ilə mənzillərin verilməsi gündəmdədir"

"Dövlət başçısı tərəfindən AMEA-ya 10 milyon manata qədər vəsait ayrılıb və institutlarda maddi-texniki baza qurulur. Dövlət başçısına müraciət etdik və AMEA-ya yarım milyon manat da vəsait ayırdı. Bu vəsait hesabına diplom müdafiəsi ərəfəsində olan gənclərimiz Avropada müvafiq müasir avadanlıqlardan istifadə edə bilirlər". SİA-nın məlumatına görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, gənc alimlərə ipoteka kreditləri vasitəsi ilə mənzillərin verilməsi daim dövlət tərəfindən dəstəklənir və bu məsələ hər zaman gündəmdədir: "Bununla bağlı proqramlar hazırlanmaqdadır".

AMEA prezidenti elmi tədqiqatlar üçün yüzlərlə qrantların sərf olunduğunu da deyib. Onun sözlərinə görə, hazırda AMEA-da beynəlxalq qrantlardan daha çox istifadə edilir: "Bu rəqəm minə yaxındır. Əlbəttə, Prezident yanında Elmin İnkişafına Dəstək Fondundan da kifayət qədər vəsait ayrılır".

A. Əlizadə AMEA-nın qorunub saxlanması və inkişafının vacibliyindən də danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə